memar

Yeganə Abdullayeva

среда, 13 июля 2016 г.

Yelləncək – bağınızın əvəzolunmaz dinclik atributu kimi...

 

Yelləncəklərin 5  əsas növü



Bağ sahibləri adətən yaxşı dincəlmək istəyin iş adamları olur. Bəzən dincəlmək üçün nələrdən keçməyə hazır olurlar. Amma sizi əmin edirəm ki, bu düşündüyünüzdən çox-çox asandır. 


Gözlərinizi yumub göylə yer arasında üçmaq... Sanki sehrli aləmə düşmüsən... Valideynlərimiz bizi uşaq vaxtı yellədərək yatızdırdığından bu hiss bizdə doğma və xoş təəssürat yaradır. Bu səbəbdən də yelləncəklər böyüyəndə  də bağımızın əvəzsiz nostalji hiss dolu dinclik atributuna çevrilir. Onlar günəşdən qorunmaq üşün zərif materiallardan hazırlana , tentlə örtülə və eyni zamanda sadə ciyə ilə ağaca bərkidilən “qamak” tipli ola 
bilər.

Bağınızı maraqlı və rahat etmək istəyirsinizsə yelləncəklərdən istifadə edin. Onları ya özünüz düzəldə bilərsiz ya da mağazalardan əldə edə bilərsiniz. Yığılma konstruksiyası asan olduğundan inanıram ki, çətinliyiniz olmayacaq.


Yelləncəklərin ən çox yayılan 4 növü mövcuddur:

1    A formalı yelləncəklər: 

      Belə yelləncəklər asan daşındığından bağınızın istənilən yerində yerləşdirə bilərsiniz. Eyni zamanda bir neçə nəfərin yellənməsinə imkan olduğundan İstər uşaqlar, istərsə də böyüklər üçün ideal dincəlmə obyekti hesab oluna bilər.







2    Asma yelləncəklər:
Ağaca, tavana, xüsusi qurulmuş talvara ip və ya zəncirlə birləşdiririlir. Ailə üzvlərinin sayından və hansı abu-havada dincəlmək arzusundan aslı olaarq müxtəlif oölşülərdə hazırlana bilər.










3    Qamak” tipli 1 nəfərlik yelləncəklər:
Qamak tipli yelləncəklər daha az xərc tələb edir. Parçadan hazırlanan qamaklar  tək başına dincəlmək, kitab oxumaq üçün idealdır.









4    П formalı çərçivəyə bərkidilmiş yelləncəklər.
Belə yelləncəklər taxtadan və metaldan hazırlana bilir. Dəmir materiallı yelləncəklər daha uzunomürlü və gigiyenik hesab olunur. Ağac yelləncəklər daha samballı görünür. Lakin vaxtaşırı qulluq tələb edir. 





Şezlonq yelləncəklər.
Şezlonq yelləncək çox rahat olmaqla yanaşı qoyulduğu məkana xüsusi görkəm verir.


  

Yelləncəkləri müxtəlif formalarda təqdim etməyim əminəm ki,  Sizin uyğun seçim etmənizə kömək edəcək.
 

                                                    Yaxşı dincəmək arzusu ilə...