memar

Yeganə Abdullayeva

вторник, 16 мая 2017 г.

Romaya ikinci dəfə getmək istəmərəm!

     Dünyanın ən qədim şəhərlərindən olan Roma – İtaliyanın paytaxtı...


     Əsrlərdir hər kəsin marağına səbəb olan Romaya dünyanın hər yerindən turist axını dayanmır, səngimək bilmir. Qədim və məşhur tarixi abidələrin də əksəriyyəti məhz burada yerləşir. Sivilizasiyanın beşiyi hesab olunur. Burada gəzişərkən qədim zamanların səs-küylü hadisələri göz qarşısında canlanır, o vaxtın emosiya, həyəcanlarını hiss edirsən. Sanki orta əsrləri canlandıran dramatık film izləyirsən. Bu xoş təəssürat Romadan qayıdandandan sonra da bir müddət adamı tərk etmir. Amma müəyyən səbəblərdən Romaya ikinci dəfə getmək istəmərəm.  



     Əsrlərin izini özündə saxlayan abidələri görmək, hadisələri yerində təsəvvür etmək çox gözəldir. Lakin:

1.           Qədim abidələri nəzərə almasaq memarlığı çox eyniüslubludur. Açıq təbiət mənzərəsi də geniş deyil ki, baxmaqdan doymayasan. Əhalisi o qədər də sıx olmayan şəhərin şəhərsalmasinda dəyişiklik etməyə ehtiyac var. 70-ci illərdə salınmış 5 mərtəbəli panel binalar hələ də movcuddur. Maşın parkı, yol kənarındakı zibil qutuları... bir sözlə Romaya yaraşdırmaq olmur.





2.           İnformasiya axının sürətli olduğu bir dövrdə bu qədər məlumatı qəbul etmək yorucu gelir. Keçən əsrdə turistləri qəbul edəcək sistem heç dəyişməmişdir. Bu qədər innovativ texnologiya əhatəsindəykən niyə də bir çox məqam avtomatlaşmasın?!




 3.            Adam əlindən tərpənmək olmur desəm şişirtmərəm. Tarixi abidənin ətrafında oturub dincələcək və ya abu-havanı hiss etmək üçün pauza verəcək məkan yoxdur. Yaxşı olardı ki, bu məqamı nəzərə alıb rahat abu hava yaradılsın.






4.            Hələ muzeylərə daxil olmaq üçün növbəyə durmaq ... tarixi abidələrlə zəngin şəhəri gəzmək əvəzinə növbədə saatlarla vaxt itirirsən. Bir dəfə saatlarca növbə gözləyib içəri daxil olan şəxs növbəti dəfə həmən muzeyə gələrmi?



Bütün çatışmamazlıqlara baxmayaraq hər birinizə bir dəfə Romada olmağı arzulayıram!