Nə yaxşıki tariximizi qoruyub saxlayan, zənginləşdirən möhtərəm Elçin müəllimimiz var?! Sizə uzun və zəngin ömür, bütün başlanğıclarınızda uğur arzulayıram!!!
memar
Yeganə Abdullayeva
четверг, 3 ноября 2016 г.
Memarlar İttifaqının Sədr Müavini Elçin müəllimin müəllifi olduğu zəngin kitabxanası ilə tanışlıq...
Nə yaxşıki tariximizi qoruyub saxlayan, zənginləşdirən möhtərəm Elçin müəllimimiz var?! Sizə uzun və zəngin ömür, bütün başlanğıclarınızda uğur arzulayıram!!!
среда, 13 июля 2016 г.
Yelləncək – bağınızın əvəzolunmaz dinclik atributu kimi...
Yelləncəklərin 5 əsas növü
Bağ
sahibləri adətən yaxşı dincəlmək istəyin iş adamları
olur. Bəzən dincəlmək üçün nələrdən keçməyə hazır olurlar. Amma
sizi əmin edirəm ki, bu düşündüyünüzdən çox-çox asandır.
Gözlərinizi yumub göylə yer arasında üçmaq... Sanki sehrli aləmə düşmüsən... Valideynlərimiz bizi uşaq vaxtı yellədərək yatızdırdığından bu hiss bizdə doğma və xoş təəssürat yaradır. Bu səbəbdən də yelləncəklər böyüyəndə də bağımızın əvəzsiz nostalji hiss dolu dinclik atributuna çevrilir. Onlar günəşdən qorunmaq üşün zərif materiallardan hazırlana , tentlə örtülə və eyni zamanda sadə ciyə ilə ağaca bərkidilən “qamak” tipli ola
bilər.
Bağınızı maraqlı və rahat etmək istəyirsinizsə yelləncəklərdən istifadə edin. Onları ya özünüz düzəldə bilərsiz ya da mağazalardan əldə edə bilərsiniz. Yığılma konstruksiyası asan olduğundan inanıram ki, çətinliyiniz olmayacaq.
Yelləncəklərin ən çox yayılan 4 növü mövcuddur:
1 A
formalı yelləncəklər:
Belə yelləncəklər asan daşındığından bağınızın istənilən yerində yerləşdirə bilərsiniz. Eyni zamanda bir neçə nəfərin yellənməsinə imkan olduğundan İstər uşaqlar, istərsə də böyüklər üçün ideal dincəlmə obyekti hesab oluna bilər.
Belə yelləncəklər asan daşındığından bağınızın istənilən yerində yerləşdirə bilərsiniz. Eyni zamanda bir neçə nəfərin yellənməsinə imkan olduğundan İstər uşaqlar, istərsə də böyüklər üçün ideal dincəlmə obyekti hesab oluna bilər.
2 Asma
yelləncəklər:
Ağaca, tavana, xüsusi qurulmuş talvara ip və ya zəncirlə
birləşdiririlir. Ailə üzvlərinin sayından və hansı abu-havada dincəlmək
arzusundan aslı olaarq müxtəlif oölşülərdə hazırlana bilər.
3 Qamak”
tipli 1 nəfərlik yelləncəklər:
Qamak tipli yelləncəklər daha az xərc tələb edir.
Parçadan hazırlanan qamaklar tək başına
dincəlmək, kitab oxumaq üçün idealdır.
4 П
formalı çərçivəyə bərkidilmiş yelləncəklər.
Belə yelləncəklər taxtadan və metaldan hazırlana
bilir. Dəmir materiallı yelləncəklər daha uzunomürlü və gigiyenik hesab olunur.
Ağac yelləncəklər daha samballı görünür. Lakin vaxtaşırı qulluq tələb edir.
Şezlonq yelləncəklər.
Şezlonq yelləncəklər.
Şezlonq yelləncək çox rahat olmaqla yanaşı qoyulduğu
məkana xüsusi görkəm verir.
Yelləncəkləri müxtəlif formalarda təqdim etməyim əminəm ki, Sizin uyğun seçim etmənizə kömək edəcək.
Yaxşı dincəmək arzusu ilə...
четверг, 30 июня 2016 г.
İnteryerdə bənövşəyi fantaziyalar...
Bənövşəyi rəngin interyer dizayn həllində 12 əsas nüansı:
Bənövşəyi rəngi çox adam sevir. Amma interyerdə necə istifadə edəcəyinizi bilmədiyinizdən çəkinirsiniz. Əminəm ki, təqdim edəcəyim məqalədə bir çox sualların cavabını tapacaqsınlz.Bənövşəyi rəngin tonları insan psixologiyasına müxtəlif formalarda təsir etdiyindən bu rəngdən harada, necə, hansı vizual effektləri yaradaraq istifadə edilməli olduğuna diqqət edilməlidir. Bu səbəbdən bəzi nüansları lokanik olaraq nəzərinizə çatdırıram:1. Həcm –məkanı kiçildən2. Hərarət – soyuq3. İşıqlılıq – qaranlıq4. Hərərkətlilik – sakit, statik5. İlk təəssürat – diqqət cəlb edən6. Psixoloji təsiri – həyəcanverici, emosiya, həzz, yaradici, yuxugətirən, az olduqda sakitləşdirir, çox olduqda deppressiv7. Uyğun şəxs – sentimental, bədii, yaradıcı qadınlar8. Uyğün olmayan şəxs – riyaziyyatçılar9. Uyğun otaq – yataq otağı, meditasiya məkanı, ev kinoteatrı10. Uyğun olmayan otaq – uşaq otağı, kabinet11. Uyğun rəng – limon sarısı12. Uyğun üslub – futurizm, hay-tek, pop-art, klassik, modernBənövşəyi rəng spektrin ən tünd çaları olub göy və qırmızının qarışığından alınır. Bu rəngin istifadəsini çətinləşdirən məqam onun rəng tonlarının insan psixalogiyasına fərqli təsirindəndir. Belə ki, açıq tonlar sakitlik, romantika, tünd tonlar isə alicənablıq rəngi olub sirli, mistik abu-hava yaratsa da eyni zamanda tutqun, pissimistik təsir edir. Aşağda aydınlıq gətirəcəyim nüansların gələcək layihələrinizə böyük köməyi olacağına inanıram:Həcm – bənövşəyi rəngin tünd tonları otağın həcmini kiçiltdiyindən bu rəngin yalnız geniş məkanlarda bol istifadə edilmısi tövsiyyə olunur.
Yaxşı olar ki, təmiz bənövşəyi rəngdən aksent kimi hansısa dekor və aksessuarda istifadə edilsin. Bütün divari bu rəngə boyadıqda otaq həm qaranlıq , eyni zamanda yorucu olacaq.Klassik bənövşəyi rəng yaradıcı şəxsiyyətlər üçün çox münasibdir. Beləki, bu ton təxəyyülə təsir edib kreativlik, intuisiya kimi hislər yaradır. Bənöşəyi rən müsiqiçinin evi üçün mükəmməl seçim olduğu halda riyaziyatcıya mane olur.
Ümumiyyətlə bu rəng çox olduqda depressiya yaradır. Qədərində seçildikdə isə depressiyadan çıxarır, yuxunu tənzimləyir. Əsasən açıq bənövşəyi tonlar buna səbəb olur.
Bənövşəyi rəng qadınlar üçün daha münasibdir. Acıq tonlar romantik, nostalji hislər yaradır. Ətrafda yumşaq çəhrası rənglərin olması kişiləri narahat edə bilər. Tünd bənövşəyi ekstravaqant və sərt olduğundan uşaq otagına yaramır. Burada daha açıq tonlar aksent kimi istifadə edilə bilər. Mətbəxdə də çox az istifadə edilməsi məsləhət görülür
Bənövşəyiyə uyğun gələn rənglər monoxrom, kontrastlı və neytral olmaqla fərqlənir.Monoxrom rənglər: mavi, çəhrayı və göyün açıq tonlarıdır.Kontrastlı rənglər: sarının bütün tonlar, qırmızı və narıncıNeytral rənglər: qəhvəyi, oxra, yaşıl, boz və ağAmma bənövşəyiyə ən uyğun rəng açıq sarı və ağ hesab olunur. Belə interyer gözəl və üslublu görünür.Tünd bənovşəyi klassik interyerlərə xasdır. Qızılı, gümüşü və xrustal belə interyerdə ahəng yaradacaq.
Подписаться на:
Сообщения (Atom)