memar

Yeganə Abdullayeva

пятница, 13 мая 2016 г.

Landşaft dizaynında 7 əsas üslub və mükəmməl yay relaksının sirri…



 May ayı tikinti-təmir işləri kimi həyətyani sahədə də səliqə-səhman yaratmağın  –  landşaftı dizayn etdirməyin tam zamanıdır. Əminəm ki, məqaləmlə tanış olandan sonra mükəmməl bağa sahib olmanın yolunu biləcəksiniz. 

Sizi 7 əsas landşaft üslubu ilə taniş edirəm.
Amma əsas odur ki, bağın üslubu ruhunuzun dincələ biləcəyi bir tərzdə olsun.


Müasir üslublu landşaft müxtəlif asimmetrik düz xəttli elementlərin tətbiqindən yaranır. Burada müxtəlif forma və konsruksiyalardan, müasir material sistemlərdən istifadə olunur. Əsas xüsusiyyət ondan ibarətdir ki, burada interyer, eksteryer və landşaft dizayn üslubu olaraq bir-birini tamamlamalıdır.






Klassik üslublu bağ səliqə səhmanı sevir. Burada qazonu vaxtaşırı kəsməli, hər bir elementin düzbucaqlı şəkildə bir-birinə paralel əkilməsinə diqqət etməlisiniz.


 


Əgər bağda işləməyə vaxtınız yoxdursa bu zaman “vəhşi bağ” üslubunu seçin. Yeri gəlmişkən bu üslub indi dəbdədir. Bu üsublu bağın vaxtaşırı qulluğa ehtiyac olmayacaq.




Kənd bağı üslubunda təbii materiallardan istifadə olunur. Ərazidə çoz az dəyişiklik edilir. Dekorativ elementlərlə bəzədilir.




 Labirintli bağ üslubu. Adətən bu bağ orta əsrlərdə yuxarıdan baxıb bağdan zövq alanlar üçün nəzərdə tutulmuşdur. Bağ eviniz hündürmərtəbəlidirsə bu üsluba müraciət edə bilərsiniz.



Meşə üslubunu daha böyük ərazisi olan bağda yaratmaq məqsədəuyğundur.




Müsəlman üslublu bağ isə özünün bir neçə xüsusiyyəti ilə seçilir. Qapalı olan bağın mərkəzində mütləq hovuz olmalı, üzümlük və sarmaşıq tipli qizil güllərlə bəzədilməlidir. Həndəsi fiqurlar, dekorativ memarlıq elementləri də əsas xüsusiyyətlərdəndir.






 Öz ülubunu seçmək hərdən asan olmur. 
Əksər hallarda iqlim, torpaq, topoqrafiya, ölçü və ərazinin konfiqurasiyasını nəzərə almaq lazım gəlir. 
Fərqli, rahat, gözəl bağa sahib olmaq istəyirsinizsə peşəkarlara müraciət edin.