memar

Yeganə Abdullayeva

пятница, 17 февраля 2017 г.

Milanı səciyyələndirən memarlıq...


Milan haqqında təəssüratlarımı bir az ətraflı bölüşmək istəyirəm:


 
Əgər Roma İtaliyanın paytaxtıdırsa, Milan İtaliyanın böyüklüyünə görə ikinci şəhəridir, moda paytaxtı, yüksək incəsənət mərkəzidir. Bakıya çox bənzəyir eşitmişdim, amma gördüyüm Milan Bakının 5-6 il əvvəlki görünüşünə daha çox bənzəyirdi. Bənzərliyin səbəbi isə keçən əsrin əvvəllərində H. Z. Tağıyevin avropa memarlarını bakıya dəvət edib, onlara bina inşa etdirməsidir. Düşünürəm indi yaşasaydı Bakımız daha gözəl olardı... 


Milanı səciyyələndirən əsas amil şəhərdə ümümi memarlıq üslubunun qorunub saxlanmasıdır. Tarixi memarlıq abidələrdindən başqa yaşayış binalarının üzlüyündə istifadə olunan material, pastel-solğun və əlvan rəng çalarları, qoruyucu üst pəncərələr, eyvanlardakı eyni materiallı tentlər, hərərkətli-mexanizmli divarlar və ən çox bəyəndiyim, demək olar ki, əksər binaların damında yerləşən açıq terraslar şəhərə xüsusilik verir, italyan üslubunu yaradır.



Burada Avropa qotikasının şedevri olan Duom kilsəsinin şpilləri göylərə ucalır. Duomo kilsəsi Milanın əsas görməli yeridir. Kilsənin tikintisinə 1386-cı ildə başlansa da, o 1813-cü ildə başa çatdırılmışdır. Kilsə dünyada qotika üslublu ən böyük kilsələrdən biridir. Erkole Roza tərəfindən inşa edilmiş Viktor Emmanuil abidəsi Duomo meydanının mərkəzi və turistlərin görüş yeridir. Viktor Emmanuil qalereyası zəfər tağı motivli girişlə başlanır və getdikcə şüşəli küçələrlə davam edir. Bu gün bu qalereya şəhərin mədəni həyatının mərkəzi hesab olunur.


Baxmayaraq ki, Milanın hazırkı zahiri görünüşü ötən əsrin ortalarında inşa edilən tikilərlə zəngindir, bu qədim şəhərdə çoxlu qədim yerlər var. Onları gəzmək üçün sizə bir neçə gün lazım olacaq.


Həyat çox gözəldir, yaşamağa dəyər!