Bənövşəyi rəngin interyer dizayn həllində 12 əsas nüansı:
Bənövşəyi rəngi çox adam sevir. Amma interyerdə necə istifadə edəcəyinizi bilmədiyinizdən çəkinirsiniz. Əminəm ki, təqdim edəcəyim məqalədə bir çox sualların cavabını tapacaqsınlz.Bənövşəyi rəngin tonları insan psixologiyasına müxtəlif formalarda təsir etdiyindən bu rəngdən harada, necə, hansı vizual effektləri yaradaraq istifadə edilməli olduğuna diqqət edilməlidir. Bu səbəbdən bəzi nüansları lokanik olaraq nəzərinizə çatdırıram:1. Həcm –məkanı kiçildən2. Hərarət – soyuq3. İşıqlılıq – qaranlıq4. Hərərkətlilik – sakit, statik5. İlk təəssürat – diqqət cəlb edən6. Psixoloji təsiri – həyəcanverici, emosiya, həzz, yaradici, yuxugətirən, az olduqda sakitləşdirir, çox olduqda deppressiv7. Uyğun şəxs – sentimental, bədii, yaradıcı qadınlar8. Uyğün olmayan şəxs – riyaziyyatçılar9. Uyğun otaq – yataq otağı, meditasiya məkanı, ev kinoteatrı10. Uyğun olmayan otaq – uşaq otağı, kabinet11. Uyğun rəng – limon sarısı12. Uyğun üslub – futurizm, hay-tek, pop-art, klassik, modernBənövşəyi rəng spektrin ən tünd çaları olub göy və qırmızının qarışığından alınır. Bu rəngin istifadəsini çətinləşdirən məqam onun rəng tonlarının insan psixalogiyasına fərqli təsirindəndir. Belə ki, açıq tonlar sakitlik, romantika, tünd tonlar isə alicənablıq rəngi olub sirli, mistik abu-hava yaratsa da eyni zamanda tutqun, pissimistik təsir edir. Aşağda aydınlıq gətirəcəyim nüansların gələcək layihələrinizə böyük köməyi olacağına inanıram:Həcm – bənövşəyi rəngin tünd tonları otağın həcmini kiçiltdiyindən bu rəngin yalnız geniş məkanlarda bol istifadə edilmısi tövsiyyə olunur.
Yaxşı olar ki, təmiz bənövşəyi rəngdən aksent kimi hansısa dekor və aksessuarda istifadə edilsin. Bütün divari bu rəngə boyadıqda otaq həm qaranlıq , eyni zamanda yorucu olacaq.Klassik bənövşəyi rəng yaradıcı şəxsiyyətlər üçün çox münasibdir. Beləki, bu ton təxəyyülə təsir edib kreativlik, intuisiya kimi hislər yaradır. Bənöşəyi rən müsiqiçinin evi üçün mükəmməl seçim olduğu halda riyaziyatcıya mane olur.
Ümumiyyətlə bu rəng çox olduqda depressiya yaradır. Qədərində seçildikdə isə depressiyadan çıxarır, yuxunu tənzimləyir. Əsasən açıq bənövşəyi tonlar buna səbəb olur.
Bənövşəyi rəng qadınlar üçün daha münasibdir. Acıq tonlar romantik, nostalji hislər yaradır. Ətrafda yumşaq çəhrası rənglərin olması kişiləri narahat edə bilər. Tünd bənövşəyi ekstravaqant və sərt olduğundan uşaq otagına yaramır. Burada daha açıq tonlar aksent kimi istifadə edilə bilər. Mətbəxdə də çox az istifadə edilməsi məsləhət görülür
Bənövşəyiyə uyğun gələn rənglər monoxrom, kontrastlı və neytral olmaqla fərqlənir.Monoxrom rənglər: mavi, çəhrayı və göyün açıq tonlarıdır.Kontrastlı rənglər: sarının bütün tonlar, qırmızı və narıncıNeytral rənglər: qəhvəyi, oxra, yaşıl, boz və ağAmma bənövşəyiyə ən uyğun rəng açıq sarı və ağ hesab olunur. Belə interyer gözəl və üslublu görünür.Tünd bənovşəyi klassik interyerlərə xasdır. Qızılı, gümüşü və xrustal belə interyerdə ahəng yaradacaq.
memar
Yeganə Abdullayeva
четверг, 30 июня 2016 г.
İnteryerdə bənövşəyi fantaziyalar...
четверг, 2 июня 2016 г.
Fransizsayaği interyer üslubu - PROVANS...
və 7 önəmli məqam!
Üslub Provans - Fransanın cənubunda Aralıq dənizinin sahilində yerləşən, lavanda çiçəkli gözəl mənzərərli bir məkandan ilhamlanaraq yaranmışdır. Mavi dəniz küləyindən qızmar günəş altında dalğalanan lavanda zəmiləri... Provans üslubulu interyerdə bu əsrarəngiz gözəlliyi olan məkanın rəng çalarlarından istifadə olunur.
Provans üslublu interyer sadəlik və rahatlığın vəhdətidir. Kantri üslubundan məhz kamfortlu olduğu üçün fərqlənir. Qədim, təbii aksessuarlarla nostalji hisslər yaratdığına görə bu üslub bağ evlərinə daha çox uyğundur.
Üslubun 7 əsas fərqli cəhətləri bunardır:
1. Pastel rənglər. Sarı, yaşıl, bənövşəyi rənglərin solğun çalarları belə interyerin əsas xüsusiyyətidir. Əsasən də tekstil və mebel üzlükləri bu çalarlarda olmalıdır.
2. Divar üzləməsi. İnteryerdə natamamlıq hissi yaratmaq üçün enli malakeşlə çəkilmiş “şkatur”lu divara daha çox üstünlük verilir.
Ağacdan olan elementlərə yağ, lak çekmək və ya boya ilə köhnəltmə effekti vermək olar:
Mətbəx divarlarında isə kərpiç və daşlardan istifadə etmək olar:
3. Tavan. Tavanı pastel rəngli açıq, solğun boya ilə boyamaq olar. Əgər mənzilin hündürlüyü imkan verirsə tavanda kantrast yaradan rənglə boyanmış balkalardan istifadə edilir.
4. Pəncərə və qapılar bu üsıubda əlbəttə ki, ağ rəngdə olmalıdır. Xüsusi texnikayla boyanı süni köhnəltə, əl işi ilə rəngli şəkil də çəkə bilərsiniz. Şüşələri rənglənmiş pəncərdən interyerə düşən günəş işığı özünəməxsus şəkildə görünür.
5. Mebel bütün hallarda təbii materiallardan olmalıdır. Plastik, şüşə və sünii materiallardan istifadə edilməməlidir. Süni köhnəldilmiş ağac, köhnə ağac mebelləri – sandıq, kreslo, kamod yenidən laklanıb istifadə edilə bilər
6. Tekstil seçərkən materialına və ornamentlərinə diqqət etmək lazımdır. Pərdə tül və ya kətan, üzərindəki naxışlar isə xırda güllü, sadə pastel rəngli və ya ensiz xətli ola bilər. Bir sozlə desək kənd evlərində nə görmüşüksə...
7. Dekor və aksessuarlardan bol istifadə edilməlidir. Çox və fərqli formalı olmasından çəkinməyin. Eyni materialdan istifadə edilsə hamısı bir yerdə vəhdət təşkil edəcək.
Əlavə köməyə ehtiyacınız olsa mütləq məsləhətləşin...
Подписаться на:
Сообщения (Atom)