memar

Yeganə Abdullayeva

четверг, 2 июня 2016 г.

Fransizsayaği interyer üslubu - PROVANS...

və 7 önəmli məqam!

 


Üslub Provans - Fransanın cənubunda Aralıq dənizinin sahilində yerləşən, lavanda çiçəkli gözəl mənzərərli bir məkandan ilhamlanaraq yaranmışdır. Mavi dəniz küləyindən qızmar günəş altında dalğalanan lavanda zəmiləri... Provans üslubulu interyerdə bu əsrarəngiz gözəlliyi olan məkanın rəng çalarlarından istifadə olunur. 


 Provans üslublu interyer sadəlik və rahatlığın vəhdətidir. Kantri üslubundan məhz kamfortlu olduğu üçün fərqlənir. Qədim, təbii aksessuarlarla nostalji hisslər yaratdığına görə bu üslub bağ evlərinə daha çox uyğundur. 





Üslubun 7 əsas fərqli cəhətləri bunardır:

1.     Pastel rənglər. Sarı, yaşıl, bənövşəyi rənglərin solğun çalarları belə interyerin əsas xüsusiyyətidir. Əsasən də tekstil və mebel üzlükləri bu çalarlarda olmalıdır.




2.     Divar üzləməsi. İnteryerdə natamamlıq hissi yaratmaq üçün enli malakeşlə çəkilmiş “şkatur”lu divara daha çox üstünlük verilir.  




Ağacdan olan elementlərə yağ, lak çekmək və ya boya ilə köhnəltmə effekti vermək olar:



 



 Mətbəx divarlarında isə kərpiç və daşlardan istifadə etmək olar:







3.     Tavan. Tavanı pastel rəngli açıq, solğun boya ilə boyamaq olar. Əgər mənzilin hündürlüyü imkan verirsə tavanda kantrast yaradan rənglə boyanmış balkalardan istifadə edilir.



4.     Pəncərə və qapılar bu üsıubda əlbəttə ki, ağ rəngdə olmalıdır. Xüsusi texnikayla boyanı süni köhnəltə, əl işi ilə rəngli şəkil də çəkə bilərsiniz. Şüşələri  rənglənmiş pəncərdən interyerə düşən günəş işığı özünəməxsus şəkildə görünür.






5.     Mebel bütün hallarda təbii materiallardan olmalıdır. Plastik, şüşə və sünii materiallardan istifadə edilməməlidir. Süni köhnəldilmiş ağac, köhnə ağac mebelləri – sandıq, kreslo, kamod yenidən laklanıb istifadə edilə bilər





6.     Tekstil seçərkən materialına və ornamentlərinə diqqət etmək lazımdır. Pərdə tül və ya kətan, üzərindəki naxışlar isə xırda güllü, sadə pastel rəngli və ya ensiz xətli ola bilər. Bir sozlə desək kənd evlərində nə görmüşüksə...




7.     Dekor və aksessuarlardan bol istifadə edilməlidir. Çox və fərqli formalı olmasından çəkinməyin. Eyni materialdan istifadə edilsə hamısı bir yerdə vəhdət təşkil edəcək.

  
Əlavə köməyə ehtiyacınız olsa mütləq məsləhətləşin...


2 комментария: