Italiya istehsalatı - görməyincə inanmazdım. İmmergas kombi sistemləri haqda hamımız eşitmişik. Əksəriyyətimiz mənzilini məhz bu istilik sistemi ilə isidir. Kombi seçənlərə isə "servis xidməti yüksək səviyyədədir" deyib məsləhət görürük. Amma bu yüksək servisin, münasib qiymətin əsasını görüncə, düzgün seçim etməndən qürur duyursan.
İtaliyaya səfər edənlərə məsləhət görərdim ki, tək görməli, gəzməli məkanları deyil, istehsal ocaqlarına da baş vurun. İş necə qurulur, necə sevilir, necə böyüdulür, hər bir proses xırda detallığınadək necə düşünülür...?! Ən azından əksəriyyətimiz iş adamıyıq. "İstilik sistemi istehsal etməyəcəm, nəyimə lazım?!" deyə müşahidə etməkdən vaz keçməyin. Əmin edirəm ki, mental düşüncəmiz düz 70 il geridədir.
İtaliyada bir çox zavodlarda olduq. Oradakı qonaqpərvərlik, mehribanlılıq, səliqə-səhman öz yerində, iş prosesi və nəticəsi həqiqətən də düşündüyümüzdən çox yüksək səviyyədə idi. Söz açacağım ilk şirkət İmmergas - kombi və istilik sistemləri zavodudur. Şirkət haqda detallı izahdan məlum oldu ki, əsası 1964-cü ildə qoyulan bu zavod indiyədək zəhmətin, əzmkarığın nəticəsində keyfiyyətli çeşidlərini artıraraq dünyaca məşhurlaşmışdır.
Hələ maksimum avtomatlaşma, robotlardan istifadə, texniki səhflərə yol verilməməsi üçün minumum əl əməyi...
Sanki zavodun qurucuları bu işin uğurlu olacağını əvvəldən bilib, hər bir məhsuldan nümunə və fotoşəkillər saxlamışlar. İndi bu nümunələr zavodun həyətindəki muzeydə nümayiş olunur. Ümumiyyətlə, tanış olduğumuz bütün zavodların xüsusi muzeyi və təlim otaqları vardı.
Öz təsisçisinin əzmkarlığı və planlı ideayaları, sayəsində 50 ildən artıq fəaliyyət göstərən Sira Industrie şirkəti ilk aliminium radiator istehsal edən zavod hesab olunurmuş. İstehsal texnologiyasını illər boyu təkmilləşdirərək ənənəvi çuqun radiatoru aliminumla əvəz etmişdir. Bu potent dövrünə görə yenilik və mühüm hadisə olmuşdur.
SAER ELETTROPOMPE şirkətinin rəhbəriyi isə 1951-ci ildə məişətdə və kənd təsərrüfatında istifadə olunacaq nasos zavodunun əsasını qoydu. Hələ o dovrdə atdıqları marketinq addımları - brendiq, sərgilərdə iştirak, seminar və təlimlərin keçirilməsi dünya brendinə çevrilməsinə səbəb oldu.
Bu şirkətin yaranma və inkişaf tarixini dinlədikcə 1938-ci ildən bu günədək uzun və uğurlu yol gəldiyini kökündə keyfiyyət, məsuliyyət və daimi innovasiya axtarışının dayandığını anlayırsan. Şirkət neçə illərdir santexnika avadanlıqları istehsal edir. Müxtəlif innovativ çeşidlərini dünya bazarına çıxarır.
Pettinaroli ofisinin divarında yer alan, rəhbərliyin rəsmi əks olunmuş ipək xalçanı onlarla sıx əməkdaşlıq edən və Bakıda yerləşən "euroclima" şirkətinin rəhbəri Aslan müəllim hədiyyə etmişdir.
Hədiyyədən məmnun olduqları bəlli idi :)
Bizə göstərilən diqqət və ayırdıqları zaman qarşılığında memarımız Elçin Əliyev müəllifi olduğu memarlıq abidələri ilə zəngin materiala sahib "Bakı Qapıları" kitabını Pettinaroli şirkətinə təqdim etdi.
Onlar da Bakı və İtaliya memarlığı arasındakı oxşarlığın şahidi oldular :)
Zavodla yaxından tanış olarkən isə heç gözlərimə inana bilmədim. Bizim santexnika avadanlıqları dediyimiz alətləri necə zərgər işi kimi dəqiqlik və gözəlliklə istehsal edirlər?! Baxmaqdan doymaq olmurdu.
İtaliyaya səfər edənlərə məsləhət görərdim ki, tək görməli, gəzməli məkanları deyil, istehsal ocaqlarına da baş vurun. İş necə qurulur, necə sevilir, necə böyüdulür, hər bir proses xırda detallığınadək necə düşünülür...?! Ən azından əksəriyyətimiz iş adamıyıq. "İstilik sistemi istehsal etməyəcəm, nəyimə lazım?!" deyə müşahidə etməkdən vaz keçməyin. Əmin edirəm ki, mental düşüncəmiz düz 70 il geridədir.
İtaliyada bir çox zavodlarda olduq. Oradakı qonaqpərvərlik, mehribanlılıq, səliqə-səhman öz yerində, iş prosesi və nəticəsi həqiqətən də düşündüyümüzdən çox yüksək səviyyədə idi. Söz açacağım ilk şirkət İmmergas - kombi və istilik sistemləri zavodudur. Şirkət haqda detallı izahdan məlum oldu ki, əsası 1964-cü ildə qoyulan bu zavod indiyədək zəhmətin, əzmkarığın nəticəsində keyfiyyətli çeşidlərini artıraraq dünyaca məşhurlaşmışdır.
Hələ maksimum avtomatlaşma, robotlardan istifadə, texniki səhflərə yol verilməməsi üçün minumum əl əməyi...
Sanki zavodun qurucuları bu işin uğurlu olacağını əvvəldən bilib, hər bir məhsuldan nümunə və fotoşəkillər saxlamışlar. İndi bu nümunələr zavodun həyətindəki muzeydə nümayiş olunur. Ümumiyyətlə, tanış olduğumuz bütün zavodların xüsusi muzeyi və təlim otaqları vardı.
SİRA İNDUSTRİE şirkəti
SAER ELETTROPOMPE şirkəti
SAER ELETTROPOMPE şirkətinin rəhbəriyi isə 1951-ci ildə məişətdə və kənd təsərrüfatında istifadə olunacaq nasos zavodunun əsasını qoydu. Hələ o dovrdə atdıqları marketinq addımları - brendiq, sərgilərdə iştirak, seminar və təlimlərin keçirilməsi dünya brendinə çevrilməsinə səbəb oldu.
PETTİNAROLİ şirkəti
Bu şirkətin yaranma və inkişaf tarixini dinlədikcə 1938-ci ildən bu günədək uzun və uğurlu yol gəldiyini kökündə keyfiyyət, məsuliyyət və daimi innovasiya axtarışının dayandığını anlayırsan. Şirkət neçə illərdir santexnika avadanlıqları istehsal edir. Müxtəlif innovativ çeşidlərini dünya bazarına çıxarır.
Pettinaroli ofisinin divarında yer alan, rəhbərliyin rəsmi əks olunmuş ipək xalçanı onlarla sıx əməkdaşlıq edən və Bakıda yerləşən "euroclima" şirkətinin rəhbəri Aslan müəllim hədiyyə etmişdir.
Hədiyyədən məmnun olduqları bəlli idi :)
Bizə göstərilən diqqət və ayırdıqları zaman qarşılığında memarımız Elçin Əliyev müəllifi olduğu memarlıq abidələri ilə zəngin materiala sahib "Bakı Qapıları" kitabını Pettinaroli şirkətinə təqdim etdi.
Onlar da Bakı və İtaliya memarlığı arasındakı oxşarlığın şahidi oldular :)
Zavodla yaxından tanış olarkən isə heç gözlərimə inana bilmədim. Bizim santexnika avadanlıqları dediyimiz alətləri necə zərgər işi kimi dəqiqlik və gözəlliklə istehsal edirlər?! Baxmaqdan doymaq olmurdu.
Robotlarsa neçə işçini əvəz edir, yorulmadan çalışırdılar :)
Bütün bu avadanlıqları əldə etmək üçün isə İtaliyaya getməyə ehtiyac yoxdur.
Bakımızda yerləşən EUROCLİMA şirkəti İtaliya-Bakı körpüsü rolunu oynayaraq bizi isitmə, soyutma, havalandırma, nasos, santexnika avadanlıqları, yanğın və bəzi tikinti məhsulları ilə təmin edir, xüsusi əziyyət çekməyə qoymur.
Cəmiyyətimizin də inkişaf etməsi ümidi ilə...
Комментариев нет:
Отправить комментарий