Bizi əhatə
edən dünya hər il ötən ilkinə nisbətən daha
dinamik olur, hiperaktiv həyata çevrilir. Bunun qarşılığında memar-dizaynerlər
hər dəfə daha da az funksiyalı evlər yaratmağa üstünlük verir. Müasir evlərin
daha rahat, sakitləşdirici abu-havada olmasını zaman özü tələb edir.
Bu fikri yeni
yekunlaşmış Milan sərgisinin nəticəsi kimi də qəbul etmək olar. 2016-cı
ilin interyerdə istiqamətlərin - tendensiyanın əsas nüanslarını hissələrə
ayırsaq:
1-ci 2015-ci ildə olduğu kimi 2016-da da interyer dəbində
ekologilik ilk mövqedədir. Ekoloji deyilən
interyerdə təbii materiallardan istifadə olunur. Mantar örtüklər, bambuk döşəmə
və divar kağızları, formaldehidsiz mebel, tərkibi su əsaslı boyalara üstünlük
verilir. Bu zaman yerin təbii resurslarının qorunması da unudulmayıb. Belə ki,
köhnə mebeli restovrasiya etmək, masa-stullarda, yumşaq mebelin ayaqlarında,
çarpayı və dekorlarda köhnə metallardan istifadə etmək məsləhət görülür.
2-ci tendensiya ergonomiklikdir.
Müasir interyerdə mənasız və faydasız dekor elementlərindən az istifadə
olunur. Belə ki, evdə hər bir əşya lazımlı və istifadəyə rahat olmalıdır.
3-cü tendensiya
minimalizm üslubudur. Özünü qohum-qonşuya göstərmək dövrü arxada qaldı.
Muzey tipli interyerlər artıq dəbdə deyil. Bağlı dolablardansa açıq rəflərdən
daha çox istifadə edin və kiçik məkanınızın necə genişləndiyini özünüz də görəcəksiniz.
Ağır klassika bu il heç dəbdə deyil. Daha dəqiq desək eklektika və daha çox
fyujn üslubuna yer verilir.
4-cü keyfiyyətli istirahət
tendensiyasıdır. Müasir dövrün insanları sürətli ritmlə yaşayır və evə ancaq
dincəlmək və yatmaq üçün qayıdır. Əksəriyyətimiz belədir. Belə olduğu təqdirdə
interyerdə aksenti yataq otağına vermək daha vacib hesab olunur. Məsləhət
görülür ki, yataq otağında ortopedik matrasın olmasına, təbii pambıq parçadan
yataq örtüyünə, işıqlandırmanın tənzimlənənən olmasına diqqət yetirəsiniz. Səs-küyün
də az olmasına diqqət edilməlidir.
5-ci yaşayan mətbəx tendensiyasıdır. Mətbəxdə yaşıllığın yaradılması 2016-ci ilin
dəbindədir. Mətbəxdə yaşıllıq yaratmaqla həm təravətli çəmən qoxusu ilə
qeyri-adi mətbəxə sahib olarsınız, eyni zamanda ekolojiliyə də riayət edərsiniz.
6-cı
tendensiya perspektiv görüntülü fotooboylar
və tavan üçün şəkilli kağızlardır.
Ümid
edirəm ki, 2016-cı ilin interyer dizayn istiqamətlərindən yararlana
biləcəksiniz. Amma unutmayaq ki, ən uğurlu tendensiya dəblə zövqünüzün
ahəngidir. Daxilinzə qulaq asın J