İstənilən
interyer ev sahibinin simasıdır deyirlər. Hər kəs evini öz zövqünə,
rahatlığına, hərdən isə cibinə görə dizayn etdirir. Kimi klassik, etnik
üslublu, kimi də müasir interyerdə özünü rahat hiss edir. Amma əksəriyyətimizi
klassik üslubun ağırlığı müəyyən müddətdən sonra sıxır, modern interyerin
soyuqluğu isə darıxdırır. Bu səbəbdən həm şüuraltı rahatlıq, eyni zamanda daha
fərqli, daha yeni dizaynlı interyer istəyirik. Bu zaman dadımıza eklektika
çatır.
Eklektika –
ayrılıqda bir üslub deyildir, o
sadəcə bir neçə üslubu özündə birləşdirir. Nəticədə unikal, təkrarsız, fərqli,
qohum-qonşunun evinə bənzəməyən otaq dizaynı ortaya çıxır. Bilirik ki, bizim
mentalitetimizdə hamıdan fərqlənmək xüsusiyəti danılmazdır. Buna baxmayaraq bu
üslub nəinki bizdə, eləcə də dünyanın bütün ölkələrində xüsusi maraq doğuraraq
tələbat halına gəlib çatıb. Nəzərə alsaq ki, belə interyerdə çoxları özünü
rahat hiss edir, düşündüm ki, bu sahəyə bir az aydınlıq gətirim.
Bu üslubda interyer dizayn etmək çətin deyil, amma ev sahibindən
yetərincə cəsarət tələb edir. Burada bir-birinə zidd, eyni zamanda bir-birini tamamlayan zəngin rəng
çalarlarından, ferqli üslubda mebel, dekor və aksessuarlardan istifadə olunur.
Eklektikada əsas nüanslar:
Mebel eklektika üslubunda ən önəmli mövqedədir. bütün
digər məişət əşyaları ikinci planın elementləri hesab olunur. Yumşaq mebel
seçərkən diqqət edin ki, divan və kreslolar geniş, rahat, sırıqlı arxalıq və
əyri kəsilmiş dekorativ ayaqlı olsun. Bu üslub tələb edir ki, dəbli, müasir
yumşaq mebelin yanında əntiq masa qoyulsun. Mebelin parçası, tekstura, rəng və dekorativ
elementlərinin düzgün seçilməsi eklektik interyerdə mühüm rol oynayır.
Rəng ahənginin təbii çalarlarda olması eklektika üslubunda çox
əhəmiyyətlidir. Bu zaman rəng palitrası bir-birinə yaxın deyil, uyğun və
kontrasli (təzadlı) olmalıdır. Adətən parlaq və pastel rənglərdən istifadə
edilir. Solğun rənglər isə qəti yolverilməzdir.
Üzlüklər döşəmə üçün ağac tekturalı parket və ya laminat ola
bilər. Xalçanın hansı üslubda olması əhəmiyyət daşımır. O istər müasir, istərsə
də retro üslubda seçilsin. Divar kağızları qabarıq fakturalı və ya üzəri
naxışlı və şəkilli ola bilər.
Aksessuarlar qədimi olsa daha yaxşı olar. Xüsusən də əgər
nənənizdən qalıbdırsa. Yox əgər elə əşyanız yoxdursa əntiq əşyalar dükanına
baxa bilərsiniz. Bəzən elə olur ki, əşyaya baxırsınız amma sizin interyerə necə
yaraşacağıni təsəvvür etmirsiniz. Bir şeydən əmin olun ki, istənilən əntiq əşya
eklektik üslublu interyerə çox gözəl yaraşacaqdır. Xüsusən də qədimi mebel- trümo və ya kamod.
Pərdə və
dekorlar. Adətən eklektik
interyerdə tünd rəngli və enli qatlamalı pərdələrdən istifadə olunur. Əlavə
olaraq saçaq və pərdə tutqaclarından da istifadə etmək olar. Dekor üçün isə
istədiyiniz lampa, abajur, tarşer, şəkil çərçivələrindən istifadə edə
bilərsiniz. Sadəcə diqqər edin ki, bu elementlər ümümi intetyerlə kontrast
təşkil etsin. Nümunə olaraq demək istirəm ki, atlas fakturalı parçalar metal
tarşerlə ahəng yarada bilir.
Rahat və komfortlu həyat arzulayıram!
Çox gözəl yazı oldu. Yeni məqalələri gözləyirik.
ОтветитьУдалитьTəşəkkür edirəm! Vaxt olduqca bölüşməyi planlayıram)
ОтветитьУдалитьЭтот комментарий был удален автором.
ОтветитьУдалить