memar

Yeganə Abdullayeva

четверг, 21 апреля 2016 г.

2016-cı il Milan sərgisində dizayn istiqamətləri – 6 tendensiya...


Bizi əhatə edən dünya  hər il ötən ilkinə nisbətən daha dinamik olur, hiperaktiv həyata çevrilir. Bunun qarşılığında memar-dizaynerlər hər dəfə daha da az funksiyalı evlər yaratmağa üstünlük verir. Müasir evlərin daha rahat, sakitləşdirici abu-havada olmasını zaman özü tələb edir. 
 
Bu fikri yeni yekunlaşmış Milan sərgisinin nəticəsi kimi də qəbul etmək olar.   2016-cı ilin interyerdə istiqamətlərin - tendensiyanın əsas nüanslarını hissələrə ayırsaq:

1-ci 2015-ci ildə olduğu kimi 2016-da da interyer dəbində ekologilik ilk mövqedədir. Ekoloji deyilən interyerdə təbii materiallardan istifadə olunur. Mantar örtüklər, bambuk döşəmə və divar kağızları, formaldehidsiz mebel, tərkibi su əsaslı boyalara üstünlük verilir. Bu zaman yerin təbii resurslarının qorunması da unudulmayıb. Belə ki, köhnə mebeli restovrasiya etmək, masa-stullarda, yumşaq mebelin ayaqlarında, çarpayı və dekorlarda köhnə metallardan istifadə etmək məsləhət görülür.

 
 

2-ci tendensiya ergonomiklikdir. Müasir interyerdə mənasız və faydasız dekor elementlərindən az istifadə olunur. Belə ki, evdə hər bir əşya lazımlı və istifadəyə rahat olmalıdır.  


3-cü tendensiya minimalizm üslubudur. Özünü qohum-qonşuya göstərmək dövrü arxada qaldı. Muzey tipli interyerlər artıq dəbdə deyil. Bağlı dolablardansa açıq rəflərdən daha çox istifadə edin və kiçik məkanınızın necə genişləndiyini özünüz də görəcəksiniz. Ağır klassika bu il heç dəbdə deyil. Daha dəqiq desək eklektika və daha çox fyujn üslubuna yer verilir.
 

4-cü keyfiyyətli istirahət tendensiyasıdır. Müasir dövrün insanları sürətli ritmlə yaşayır və evə ancaq dincəlmək və yatmaq üçün qayıdır. Əksəriyyətimiz belədir. Belə olduğu təqdirdə interyerdə aksenti yataq otağına vermək daha vacib hesab olunur. Məsləhət görülür ki, yataq otağında ortopedik matrasın olmasına, təbii pambıq parçadan yataq örtüyünə, işıqlandırmanın tənzimlənənən olmasına diqqət yetirəsiniz. Səs-küyün də az olmasına diqqət edilməlidir. 


5-ci yaşayan mətbəx tendensiyasıdır. Mətbəxdə yaşıllığın yaradılması 2016-ci ilin dəbindədir. Mətbəxdə yaşıllıq yaratmaqla həm təravətli çəmən qoxusu ilə qeyri-adi mətbəxə sahib olarsınız, eyni zamanda ekolojiliyə də riayət edərsiniz.


6-cı tendensiya perspektiv görüntülü fotooboylar və tavan üçün şəkilli kağızlardır. 


Ümid edirəm ki, 2016-cı ilin interyer dizayn istiqamətlərindən yararlana biləcəksiniz. Amma unutmayaq ki, ən uğurlu tendensiya dəblə zövqünüzün ahəngidir. Daxilinzə qulaq asın J

Комментариев нет:

Отправить комментарий