memar

Yeganə Abdullayeva

пятница, 18 марта 2016 г.

Novruz bayramında İnteryerdə dekoru necə və nədən hazırlayaq?!



Novruz bayramı Azərbaycanda səbirsizliklə gözlənilən bayramlardan biridir. Təkcə ona görə yox ki, martda ənənəvi olaraq bir həftə ərzində qeyri-iş günləri olur - bir çoxları bayramı şəkərbura-paxlava yemək üçün gözləyir. Amma Novruzda masaya sadəcə şirniyyat qoyulmur. Novruz bayramında xanımlar ümumi interyeri necə bəzəmək haqda düşünürlər.

Bəs bunu necə edəsən ki, nə təmirə, nə də yeni mebelə ehtiyac olmasın?!

Öz bacarıqlarınzı işə salıb bir az yaradıcılıq əlavə etsək bayramlaşmağa gələn qonaqları heyran etmiş olarsınız.

Bunun üçün evdə ana və nənələrimizin qədim əşya və suvinirlərindən istifadə edə bilərsiniz. Hər bir azərbaycanlı ailəsində xalça, kilim, buta naxışlı kəlağayı kimi əldə toxunub hörülmüş aksessar vardır. Bunlardan döşəmə, örtük kimi istifadə edib qonaq otağınızda sevimli künc-guşə yara bilərsiniz.
 

Əgər həqiqətən də guşə hazırlamaq fikrindəsinizsə örtüyün üstünü bəzəmək lazım gələcək. Bunun üçün Azərbaycanın qədim gümüş və mis qablarından, çaynik, qəhvədan, üzərinə qravirə həkk olunmuş qazan və ya mis tası künc hissədə yerləşdirə bilərsiniz. Təbii ki, ölçüsü digər aksessuarlardan iridirsə.


            Azərbaycan keramikası – incə naxışlar, mürəkkəb arnament, çekanka, mazayka, buta formalı şəbəkə…
Qədim çay dəsti - bizim gündəlik istifadə etdiyimizdən fərqlənən…
Hər bir evdə olan, ən faydalı və uşaqlıqdan sehrli hesab etdiyimiz “çıraq”.

 


Əlavə olaraq Azərbaycanın milli geyimində olan gəlinciklər, maraqlı və gülməli milli kişi fiqurları da guşənizi zənginləşdirə bilər.

            Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının rəmzidir. Novruzun simvolu olan səmənini isə həm azərbaycan sayağı, həm avropa, eyni zamanda dinimizə hörmət əlaməti olaraq müqəddəs kitabla da təqdim etmək olar.

 

             Divara yeni gül açmış ağac budaqları, yarpaq, kəpənək, qaranquş kimi yaz müjdəçilərini sadə vinildən kəsdirib yapışdıra bilərsiniz. Yaz mənzərəli tablo da yerinə düşər.


            Bir də diqqət edin ki, ümumi dekorasiyada bayram abu havası yaradan rəng ahəngi olsun. Az rəng amma uygun seçilmiş. Adətən açıq yaşıl və qirmizi novruzun rəngi kimi qəbul olunur. Siz inetryerinizin ümumi rəng çalarına uyğun olaraq səma mavisi, yumşaq çəhrayı, sarı, narıncı, yasəmən rənglərindən də istifadə edə bilərsiniz. 

 

           Sizi Baharın gəlişi, Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edirəm. Həyatınız bahar kimi rəngli, gül ətirli, Novruz xonçası kimi şirinliklərlə dolu olsun. Novruz evinizə bərəkət, sevinc, xoşbəxtlik gətirsin. Bayram abu-havasını hər zaman hiss edəsiniz. 

 

Bayramınız mübarək!

четверг, 17 марта 2016 г.

Darıxanda mebelin yerini dəyiş...


Əgər siz interyerinizdə dəyişiklik etmək, yeni mənzilə köçmək istəyirsinizsə mebbellərinizi yerləşdirməkdə çətinlik çəkə bilərsiniz.

Ümid edirəm ki, bu məqaləm sizin fikirlərinizi konkretləşdirməyə kömək edəcək.

Qonaq otağında mebellərin yerləşdirilməsi haqda yazmaq istəyirəm. Bildiyimiz kimi qonaq otağı mənzilin mərkəzi hesab olunur. Bəzən bura ailə üzvlərinin bir yerə toplandığı və yaxud qonaqların qəbul edildiyi yeganə məkan olur. Bu səbəbdən qonaq otağının tərtibatına məsuliyyətlə yanaşmaq lazımdır. Qonaq otağının funksional və rahat olması üçün müəyyən prinsiplərdən istifadə edərək bir sıra amillər nəzərə alınmalıdır. 
 
İlk öncə qonaq otağının təyinatı müəyyənləşdirilməlidir. Az otaqlı mənzillərdə qonaq otağı müxtəlif məqsədlər üçün istifadə olunur. Otağın bir hissəsini mətbəx və ya iş kabinəsi kimi istifadə edənlər də olur. Geniş mənzillərdə isə qonaq otağında birbaşa olaraq bu məqsədlə rahat abu hava yaratmaq olar. Bu o demekdir ki, mebel alarkən və ya mənzilinizdə dəyişiklik edərkən bu məqamlar daha öncədən nəzərə alınmalıdır: bu otaq istirahət otağıdır, kitabxanadır və ya yemək süfrəsi açılacaq otaqdır. Bütün hallarda mebelin düzülüşünə xüsusi yanaşılmalıdır.

 

Televizor, vitrin və divan - qonaq otağının ən vacib atributlarıdır. Məkanınızın az bir hissəsini mebelə ayırmaq istəyirsinizsə müxtəlif variantlar etmək olar. Bu məqsədlə mebel seçərkən onun rahat açılıb-bağlanma mexanizmli olmasına diqqət edin. Masanızda belə funksionallıq olarsa qonaq otağından yemək otağı kimi də istifadə edə bilərsiniz. Və yaxud daha çox qonaq qəbul edib şən abu hava yaradarsınız. Açılma funksiyası olan divan Sizin evə gələn qonaqların axşam rahat yatıb qalmasına kömək edər. Əgər divanınız sandıq mexanimlidirsə əlavə əşyalarınızı ora toplayaraq daha səliqəli interyerə sahib ola bilərsiniz.

Mebellərin yerləşimi zamanı element və aksessuarlar üçün də bəzi məqamlar nəzərə alınmalıdır. Belə ki, televizor istilik mənbəyinə yaxın və  gün şüasının bir başa düşəcəyi yerə qoyulmamalıdır. Divan isə televizorla yanaşı deyil üzbəüz və ya təqribən  60 dərəcəli bucaq alında mailli yerləşdirilməlidir.

Servantı isə ya bütün divar boyu və yaxud 1 və 2 qapılı vitrin kimi ala bilərsiniz. Künc vitrinlər isə kiçik qabaritli otaq üçün daha münasibdir. Əgər mənziliniz daha genişdirsə divar boyu vitrini stellajla əvəz edib vizual olaraq iki hissəyə ayıra bilərsiniz. Bu zaman bir hissə qonaq otağı digər hissə yataq, kitabxana və ya mətbəx kimi istifadə oluna bilər. İşçi masanızı pəncərənin önünə yerləşdirə bilərsiniz, bu zaman diqqət edin ki işıq sağ tərəfdən düşsün.




Mebelin düzülüşü zamanı qapı və pəncərənin yerini nəzərə almaq da mütləqdir. Əgər otağınızın eyvana çıxış qapısı da varsa bu zaman mebellər elə yerləşdirilməlidir ki, keçidə mane olmasın.

·  Əgər Sİz mebellərinizi yerləşdirməkdə çətinlik çəkirsinizsə, dizayner məsləhətinə ehtiyacınız varsa  suallarınızı bura yazın. Məmnuniyyətlə istiqamət verərəm :)