Əgər siz interyerinizdə dəyişiklik etmək, yeni mənzilə köçmək
istəyirsinizsə mebbellərinizi yerləşdirməkdə çətinlik çəkə bilərsiniz.
Ümid edirəm ki, bu
məqaləm sizin fikirlərinizi konkretləşdirməyə kömək edəcək.
Qonaq otağında
mebellərin yerləşdirilməsi haqda yazmaq istəyirəm. Bildiyimiz kimi qonaq otağı
mənzilin mərkəzi hesab olunur. Bəzən bura ailə üzvlərinin bir yerə toplandığı
və yaxud qonaqların qəbul edildiyi yeganə məkan olur. Bu səbəbdən qonaq
otağının tərtibatına məsuliyyətlə yanaşmaq lazımdır. Qonaq otağının funksional
və rahat olması üçün müəyyən prinsiplərdən istifadə edərək bir sıra amillər
nəzərə alınmalıdır.
İlk
öncə qonaq otağının təyinatı müəyyənləşdirilməlidir. Az otaqlı mənzillərdə
qonaq otağı müxtəlif məqsədlər üçün istifadə olunur. Otağın bir hissəsini
mətbəx və ya iş kabinəsi kimi istifadə edənlər də olur. Geniş mənzillərdə isə
qonaq otağında birbaşa olaraq bu məqsədlə rahat abu hava yaratmaq olar. Bu o
demekdir ki, mebel alarkən və ya mənzilinizdə dəyişiklik edərkən bu məqamlar
daha öncədən nəzərə alınmalıdır: bu otaq istirahət otağıdır, kitabxanadır və ya
yemək süfrəsi açılacaq otaqdır. Bütün hallarda mebelin düzülüşünə xüsusi
yanaşılmalıdır.
Televizor, vitrin və divan - qonaq otağının ən vacib atributlarıdır. Məkanınızın az bir
hissəsini mebelə ayırmaq istəyirsinizsə müxtəlif variantlar etmək olar. Bu
məqsədlə mebel seçərkən onun rahat açılıb-bağlanma mexanizmli olmasına diqqət
edin. Masanızda belə funksionallıq olarsa qonaq otağından yemək otağı kimi də
istifadə edə bilərsiniz. Və yaxud daha çox qonaq qəbul edib şən abu hava
yaradarsınız. Açılma funksiyası olan divan Sizin evə gələn qonaqların axşam
rahat yatıb qalmasına kömək edər. Əgər divanınız sandıq mexanimlidirsə əlavə
əşyalarınızı ora toplayaraq daha səliqəli interyerə sahib ola bilərsiniz.
Mebellərin yerləşimi zamanı element və aksessuarlar üçün də bəzi məqamlar nəzərə alınmalıdır. Belə ki, televizor istilik mənbəyinə yaxın və gün şüasının bir başa düşəcəyi yerə qoyulmamalıdır. Divan isə televizorla yanaşı deyil üzbəüz və ya təqribən 60 dərəcəli bucaq alında mailli yerləşdirilməlidir.
Servantı isə ya bütün divar boyu və yaxud 1 və 2 qapılı vitrin kimi ala bilərsiniz. Künc vitrinlər isə kiçik qabaritli otaq üçün daha münasibdir. Əgər mənziliniz daha genişdirsə divar boyu vitrini stellajla əvəz edib vizual olaraq iki hissəyə ayıra bilərsiniz. Bu zaman bir hissə qonaq otağı digər hissə yataq, kitabxana və ya mətbəx kimi istifadə oluna bilər. İşçi masanızı pəncərənin önünə yerləşdirə bilərsiniz, bu zaman diqqət edin ki işıq sağ tərəfdən düşsün.
Mebelin düzülüşü zamanı qapı və pəncərənin yerini nəzərə almaq da mütləqdir. Əgər otağınızın eyvana çıxış qapısı da varsa bu zaman mebellər elə yerləşdirilməlidir ki, keçidə mane olmasın.
· Əgər
Sİz mebellərinizi yerləşdirməkdə çətinlik çəkirsinizsə, dizayner məsləhətinə
ehtiyacınız varsa suallarınızı bura yazın. Məmnuniyyətlə istiqamət
verərəm :)
Комментариев нет:
Отправить комментарий