https://www.youtube.com/watch?v=Oy1GYvVsYDU&feature=youtu.behttps://www.youtube.com/watch?v=Oy1GYvVsYDU&feature=youtu.be
Son vaxtlar
böyük pəncərəli evlər, böyük şüşə eyvanlar və verandalar dəbdədir. Belə iri həcmli şüşə pəncərələrin-divarların faydasının çox olduğunu hələ nənə və babalarımız da bilirdi. Bəs belə
iri həcmli pəncərələrin hansı çatışmazlıqları var?!
Hansı
məqamlara diqqət edilməlidir?
Böyük pəncərələr dəbdə oldugu qədər də arzuolunandir.
Onlar mənzilinizi bol işıqla təmin edir, xüsusən də əgər pəncərələr gözəl
mənzərəyə açılırsa əhval-ruhiyyəniz də yüksəldir, özünəməxsus tərz də yaradır.
Böyük
pəncərə ilə otağınız rahat, kamfortlu, işıqlı olur, şüşə divarlar məkanı vizual
olaraq genişləndirir.
Eləcə
də məlumdur ki, evdə pəncərələr çox olduqca bir o qədər də evi isitmək çətin
olur. Bu səbəbdən də şüşəli divar və ya
pəncərələrin yeri düzgün müəyyənləşdirilməlidir.
Misal
üçün, əgər böyük pəncərəniz cənub və ya cənub şərq tərəfdə yerləşirsə onlar
daha düzgün yerləşmiş hesab olunur. Belə olduqda gün ərzində evinizə yetərin
qədər gün işığı düşəcək, nəticədə eviniz həm isinəcək, həm də işıqlı olacaq.
Heç bir halda şimal tərəfdə böyük
pəncərə yerləşdirməyin. Belə olduqda otağı isitmək çətin olacaq həm də
qızdırıcı sistem üçün ödəyəcəyiniz hesab sizi heç də sevindirməyəcək.
Öz
evinizdə böyük həcmli pəncərənin olmasını planlayırsınızsa şüşənin istilik
ötürmə əmsalına diqqət edin. Əmsal göstici aşağı olduqca istilik itkisi də bir
o qədər çox olur. Əlbətdə ki, evdə istilik itkisi pəncərə çərçivəsindən də
aslıdır. Buna görə də bütöv pəncərənin istilik ötürücü əmsalı nəzərə
alınmalıdır. Bir də belə pəncərələr düzgün quraşdırılmasa istilik itkisini
qoruyub saxlaya da bilməyəcək. Odur ki, bu işdə də mütəxəssislərə etibar
edilməli, qeyd edilən nüanslar peşəkar mütəxəssis tərəfindən
dəqiqləşdirilməlidir.
Pəncərə seçərkən necə açıldığına da diqqət edin. panoram tipli pəncərələr
adətən ağır çəkili olur, buna görə də o daha möhkəm və davamlı olmalı, eyni
zamanda rahat açılmalıdır. Belə boyük şüşə pəncərə və ya şüşə divar
yığdırdığınız zaman siyirməli qapılardan seçim etməniz daha münasib olar. Əgər
məkanınız yetərli qədər genişdirsə funksional, çərçivəsiz pəncərələrdən istifadə edə bilərsiniz. Belə
olduqda pəncərəniz həm yuxaridan enib açıla bilən, həm sadə yana açılan, eyni
zamanda siyirmə vasitəsi ilə yığılan ola bilər. Yığılan pəncərə-divarlar çox
münasib olur. Onları mərkəzdən yanlara, ya bir tərərfə sürüşdürərək geniş
mənzərəyə aça bilərsiniz. İstəyinizə uygun olaraq isə 1-2 layını da açıb keçid
üçün istifadə edə bilərsiniz.
Əgər
Siz bağ evində yaşayırsınızsa panoram şüşə pəncərələrdən qış baxçası, şüşə
hovuz, şüşəli pavilyon-besedkalar hazırlada bilərsiniz.
Sizin
arzü istəklərinizi reallaşdırmaq üçün peşəkarlara etibar edın. Məhz onlar Sizə
zərbəyə, isti-soyuğa, səs-küyə, rütubətə davamlı şüşələr təklif edə bilər.
Daxili məkanın dizayn həlli zamanı çalışmaq lazımdır ki, şüşə divarın önünə
mebel yerləşdirilməsin. Əgər otağınız yetərli qədər genişdirsə belə probləminiz
yaranmayacaq.
Комментариев нет:
Отправить комментарий