Novruz
bayramı Azərbaycanda səbirsizliklə gözlənilən bayramlardan biridir. Təkcə ona
görə yox ki, martda ənənəvi olaraq bir həftə ərzində qeyri-iş günləri olur -
bir çoxları bayramı şəkərbura-paxlava yemək üçün gözləyir. Amma Novruzda masaya
sadəcə şirniyyat qoyulmur. Novruz bayramında xanımlar ümumi interyeri necə bəzəmək
haqda düşünürlər.
Bəs bunu
necə edəsən ki, nə təmirə, nə də yeni mebelə ehtiyac olmasın?!
Öz
bacarıqlarınzı işə salıb bir az yaradıcılıq əlavə etsək bayramlaşmağa gələn
qonaqları heyran etmiş olarsınız.
Bunun üçün evdə ana və
nənələrimizin qədim əşya və suvinirlərindən istifadə edə bilərsiniz. Hər bir azərbaycanlı
ailəsində xalça, kilim, buta naxışlı kəlağayı kimi əldə toxunub hörülmüş
aksessar vardır. Bunlardan döşəmə, örtük kimi istifadə edib qonaq otağınızda
sevimli künc-guşə yara bilərsiniz.
Əgər həqiqətən də guşə
hazırlamaq fikrindəsinizsə örtüyün üstünü bəzəmək lazım gələcək. Bunun üçün Azərbaycanın
qədim gümüş və mis qablarından, çaynik, qəhvədan, üzərinə qravirə həkk olunmuş
qazan və ya mis tası künc hissədə yerləşdirə bilərsiniz. Təbii ki, ölçüsü digər
aksessuarlardan iridirsə.
Azərbaycan
keramikası – incə naxışlar, mürəkkəb arnament, çekanka, mazayka, buta formalı şəbəkə…
Qədim çay dəsti -
bizim gündəlik istifadə etdiyimizdən fərqlənən…
Hər bir evdə olan, ən
faydalı və uşaqlıqdan sehrli hesab etdiyimiz “çıraq”.
Əlavə olaraq Azərbaycanın
milli geyimində olan gəlinciklər, maraqlı və gülməli milli kişi fiqurları da
guşənizi zənginləşdirə bilər.
Azərbaycanda adətə
görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının rəmzidir. Novruzun
simvolu olan səmənini isə həm azərbaycan sayağı, həm avropa, eyni zamanda
dinimizə hörmət əlaməti olaraq müqəddəs kitabla da təqdim etmək olar.
Divara yeni gül açmış
ağac budaqları, yarpaq, kəpənək, qaranquş kimi yaz müjdəçilərini sadə vinildən
kəsdirib yapışdıra bilərsiniz. Yaz mənzərəli tablo da yerinə düşər.
Bir də diqqət edin
ki, ümumi dekorasiyada bayram abu havası yaradan rəng ahəngi olsun. Az rəng
amma uygun seçilmiş. Adətən açıq yaşıl və qirmizi novruzun rəngi kimi qəbul
olunur. Siz inetryerinizin ümumi rəng çalarına uyğun olaraq səma mavisi, yumşaq
çəhrayı, sarı, narıncı, yasəmən rənglərindən də istifadə edə bilərsiniz.
Sizi Baharın gəlişi, Novruz bayramı münasibəti ilə ürəkdən
təbrik edirəm. Həyatınız bahar kimi rəngli, gül ətirli, Novruz xonçası kimi
şirinliklərlə dolu olsun. Novruz evinizə bərəkət, sevinc, xoşbəxtlik gətirsin. Bayram
abu-havasını hər zaman hiss edəsiniz.
Bayramınız mübarək!
Комментариев нет:
Отправить комментарий